Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ Kiyevə tədarük etdiyi raketləri Avstraliyada istehsal edəcək

ABŞ Kiyevə tədarük etdiyi raketləri Avstraliyada istehsal edəcək

DÜNYA

304

13.03.2024, 18:43

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ münaqişə zamanı Ukraynaya tədarük edilən Lockheed-in GMLRS idarə olunan uzaqmənzilli raketlərini istehsal etmək üçün ölkə hüdudlarından kənarda ilk zavod açmaq niyyətindədir.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə “The Wall Street Journal” (WSJ) Amerika və Avstraliya rəsmilərinə istinadən yazır.

 

Nəşrin məlumatına görə, istehsal Avstraliyada, Sidneyin kənarında yerləşən hərbi bazada başlayacaq.

 

Rəsmilərin izah etdiyi kimi, belə bir müəssisənin açılması qərarı Amerika hərbi sənayesinin Yaxın Şərqdə və Ukraynada silahlı münaqişələrin kəskinləşməsi səbəbindən mövcud tələbatı ödəyə bilməməsi və hərbi təchizat ehtiyatlarını artıra bilməməsi ilə əlaqədar qəbul edilib.

 

Bildirilir ki, GMLRS raketləri ABŞ-dakı Lockheed Martin zavodunda qismən yığılmağa başlayacaq, sonra isə əlavə montaj üçün Avstraliyaya göndəriləcək.

 

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Ceff Jurgensen deyir ki, “GMLRS və PrSM kimi dəqiqliklə idarə olunan döyüş sursatları getdikcə daha çox əhəmiyyət kəsb edir”.

 

Dekabrda ABŞ Dövlət Departamenti Avstraliyaya 2 milyard dollarlıq hərbi təlim avadanlığının təhvil verilməsini təsdiqləyib.

 

Bundan əvvəl Ukraynanın ABŞ-dan GMLRS raketləri alacağı bildirilirdi.

 

Miri