“Avatar”ın növbəti iki filmi bu tarixlərdə yayımlanacaq
28 Noyabr 2026, 02:18
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
421
13.03.2024, 18:42
Almaniya kansleri Olaf Şolz və Fransa prezidenti Emmanuel Makron martın 15-də ikitərəfli görüş keçirəcəklər və onlar Ukraynaya yardımın göstərilməsi ilə bağlı “müxtəlif nüansları” müzakirə edəcəklər.
Oxu24.com xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Hebestreyt məlumat verib.
Onun sözlərinə görə, danışıqlar Veymar üçbucağı formatında keçiriləcək görüşdən əvvəl Berlində aparılacaq. Söhbət Polşanın baş naziri Donald Tuskun adıçəkilən siyasətçilərlə yanaşı iştirak edəcəyi tədbirdən gedir.
“Onlar gələn həftə Avropa Şurasının [zirvə toplantısı] ərəfəsi də daxil olmaqla, bir sıra ikitərəfli məsələləri, həmçinin Ukraynaya dəstək məsələsini müzakirə etməli olacaqlar”, - deyə Hebestreit bildirib.
O, Almaniya kansleri ilə Fransa liderinin müəyyən texniki məsələdə “müxtəlif nüanslar” barədə fikir mübadiləsi aparmalı olduqlarını açıqlayıb. Sonuncu Ukraynaya yardıma aiddir, lakin Almaniya hökumətinin nümayəndəsi təfərrüatları açıqlamayıb.
Martın 13-də “Politico” qəzeti iki gündən sonra Berlində Veymar üçbucağı formatında görüşün keçiriləcəyini yazıb. Burada Makron, Şolz və Tusk iştirak edəcək. Eyni zamanda, əsas müzakirə mövzusu Kiyevə yardım olacaq.
Bundan əvvəl Scholz Almaniyanın Ukraynaya hansı silah növlərini tədarük etməyə hazır olmadığını bildirmişdi.
Miri
02:18 / 28 Noyabr 2026
114
01:49 / 28 Noyabr 2026
103
01:11 / 28 Noyabr 2026
102
23:59 / 27 Noyabr 2026
149
23:54 / 27 Noyabr 2026
132
23:40 / 27 Noyabr 2026
154
23:40 / 27 Noyabr 2026
135
23:35 / 27 Noyabr 2026
132
23:32 / 27 Noyabr 2026
435
23:28 / 27 Noyabr 2026
134
23:27 / 27 Noyabr 2026
126
23:26 / 27 Noyabr 2026
135
23:05 / 27 Noyabr 2026
139
22:56 / 27 Noyabr 2026
134
22:48 / 27 Noyabr 2026
158
22:35 / 27 Noyabr 2026
140
22:22 / 27 Noyabr 2026
176
22:16 / 27 Noyabr 2026
144
22:09 / 27 Noyabr 2026
144
22:08 / 27 Noyabr 2026
182
22:06 / 27 Noyabr 2026
150
22:00 / 27 Noyabr 2026
206
21:59 / 27 Noyabr 2026
234
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.