Qaynar xətt:

(+99450) 247 90 86

Hind okeanında silahlı quldurlar tərəfindən qaçırılıb

Hind okeanında silahlı quldurlar tərəfindən qaçırılıb

DÜNYA

403

12.03.2024, 19:37

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Banqladeş bayraqlı yük gəmisi Hind okeanında silahlı quldurlar tərəfindən qaçırılıb.

 

Oxu24.com  xəbər  verir  ki, Banqladeş Dəniz Departamentinin baş direktoru Mohammad Maksud Alam məsələ ilə bağlı AA-ya açıqlama verib.

 

Alam, Hind okeanında qaçırılan Banqladeş bayraqlı "MV Abdullah" yük gəmisinin Mozambikin Maputo limanından Birləşmiş Ərəb Əmirliklərinin Əl Hamriyah limanına doğru yola düşdüyünü və kömür daşıdığını bildirib.

 

Ağır silahlar daşıyan dəniz quldurlarının gəmiyə nəzarəti ələ aldığını bildirən Alam, girov götürülən 23 nəfərlik bütün heyətin təhlükəsiz olduğunu qeyd edib.

 

"Hökumət bütün mümkün diplomatik vasitələrdən istifadə edərək ekipajı və gəmini xilas etmək üçün çalışır", - Alam bildirib.

 

Miri