Qaynar xətt:

(+99450) 247 90 86

Fərhad Əhmədov artıq sanksiyalar altında deyil

Fərhad Əhmədov artıq sanksiyalar altında deyil

DÜNYA

386

12.03.2024, 19:13

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Aİ Şurası “Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozmaqda və ya təhdid etməkdə məsul olan” şəxslərə və təşkilatlara qarşı sanksiyaları altı ay müddətinə uzadıb.

 

Oxu24.com  xəbər verir  ki,bu barədə qurumun bəyanatında deyilir.


Məhdudiyyətlər 1800-ə yaxın fiziki və hüquqi şəxsə şamil ediləcək.

 

Hesabatda deyilir ki, “sanksiyaların nəzərdən keçirilməsi” çərçivəsində Aİ Şurası dörd şəxsə tətbiq edilən məhdudiyyətləri uzatmamaq qərarına gəlib.

 

Bəyanatda onların adları qeyd edilmir.

 

Bir gün əvvəl Reuters mənbələrə istinadən xəbər vermişdi ki, Avropa İttifaqı investor və milyarder Fərhad Əhmədova, ESN qrupunun direktorlar şurasının sədri Qriqori Berezkinə, həmçinin “Ozon”un keçmiş rəhbəri Aleksandr Şulqinə qarşı tətbiq etdiyi sanksiyaları uzatmamaq qərarına gəlib. 

 

Agentliyin Aİ-dəki mənbəsi sentyabrın 13-də sanksiya siyahısından çıxarılanların Əhmədov, Şulqin və Berezkin olduğunu təsdiqləyib.

 

Nəşrin məlumatına görə, Rusiya ordusunun mərhum polkovniki Georgi Şuvayevdən sanksiyalar götürülüb.

 

Reuters nəşrində onun da adı sanksiyaları qaldıracaq şəxslər arasında yer alıb.

 

Miri