Qaynar xətt:

(+99450) 247 90 86

Moldova Xarici İşlər Nazirliyi Rusiya səfirini Dnestryanıdakı seçki məntəqələrinə çağırıb

Moldova Xarici İşlər Nazirliyi Rusiya səfirini Dnestryanıdakı seçki məntəqələrinə çağırıb

DÜNYA

351

11.03.2024, 20:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Moldova Xarici İşlər Nazirliyi (XİN) Rusiya səfiri Oleq Vasnetsovu tanınmamış Dnestryanı Moldova Respublikasında (PMR) Rusiyada prezident seçkiləri ilə bağlı seçki məntəqələrinin açılması ilə əlaqədar çağırıb.

 

Oxu24.com  xəbər  verir   ki,  bu barədə RİA Novosti məlumat yayıb.

 

“Görüş zamanı rusiyalı diplomat Moldovanın Dnestryanı bölgəsində seçki məntəqələrinin açılması qərarını bəyənməyəcək”, - Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

 

Vasnetsovun çərşənbə axşamı, martın 12-də nazirliyə gedəcəyi açıqlanıb.

 

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Dnestryanı probleminin indi çox aktual olduğunu bildirib. "Çünki, həqiqətən də, orada vəziyyət proqnozlaşdırıla bilən və sakit olmaqdan çox uzaqdır", deyə Kreml nümayəndəsi bildirib.

 

Miri