Qaynar xətt:

(+99450) 247 90 86

Avropa Rusiyanın mayeləşdirilmiş qazına keçir

Avropa Rusiyanın mayeləşdirilmiş qazına keçir

DÜNYA

251

11.03.2024, 18:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son iki ildə Avropa İttifaqına boru kəməri qazı ixracının kəskin azalmasına baxmayaraq, Rusiya 2023-cü ilin sonuna qədər Aİ-yə mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünü 38% artırıb.

 

Oxu24.com  xəbər  verir  ki, bunu “Ekspert” jurnalına müsahibəsində baş nazirin müavini Aleksandr Novak deyib.

 

Novakın sözlərinə görə, 2023-cü ildə Rusiya şirkətləri Avropa İttifaqına 15 milyon tondan çox LNG göndərə bilib.

 

“Eyni zamanda, boru kəməri ilə qazın Avropaya ixracı son iki ildə beş dəfə azalıb”, - Baş nazirin müavini bildirib.

 

Bu dinamika Aİ-nin idxalında Rusiyanın enerji resurslarının payının əhəmiyyətli dərəcədə azalmasına səbəb olub. Əgər 2021-ci ildə Avropa İttifaqına idxal olunan bütün qazın 45%-i Rusiyanın payına düşürdüsə, 2023-cü ildə bu rəqəm 15%-i keçməyib.

“Avropa ölkələri də Rusiya Federasiyasından digər yanacaq növlərinin alışını azaltmaqda davam edir. Beləliklə, ilin sonunda Aİ idxalında Rusiya neftinin payı cəmi 4%, neft məhsullarının payı 9% təşkil edib”, - Novak vurğulayıb.

Bundan əvvəl Almaniya Nazirlər Kabinetinin keçmiş müşaviri ABŞ-ın Ukraynada hansı məqsədə nail olduğunu demişdi.

 

Nigar