Qaynar xətt:

(+99450) 247 90 86

Ərdoğan İsraillə münaqişədə HƏMAS-a dəstəyini ifadə edib

Ərdoğan İsraillə münaqişədə HƏMAS-a dəstəyini ifadə edib

DÜNYA

420

09.03.2024, 23:50

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin-İsrail münaqişəsində Fələstinin HƏMAS radikal hərəkatına dəstəyini dayandırmayacağını bildirib.

 

Oxu24.com  xəbər  verir  ki, onun sözlərini “Anadolu” yayıb.

 

“Heç kim bizi HƏMAS-ı terror qruplaşması kimi tanımağa məcbur etməyəcək”, - deyə dövlət başçısı bildirib.

Onun məlumatına görə, Türkiyə qruplaşma liderləri ilə təmaslarını gizlətmir və liderlərini tam dəstəkləyir.

"Netanyahu və hökuməti Qəzzada insanlığa qarşı cinayətlər törədir", - Türkiyə lideri İsrailin Fələstin anklavında keçirdiyi hərbi əməliyyatı tənqid edib.

Dekabrda Ərdoğan Fələstinin Həmas hərəkatını heç vaxt terror qruplaşması kimi tanımayacağını bildirmişdi.

Bundan əvvəl Türkiyə prezidenti bildirib ki, İsrail Qəzza zolağında hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməlidir.

Bundan əvvəl Ərdoğan ABŞ-ın HƏMAS-a münasibətini açıqlamışdı.

 

Nigar