Qaynar xətt:

(+99450) 247 90 86

Çində son altı ayda ilk dəfə inflyasiya qeydə alınıb

Çində son altı ayda ilk dəfə inflyasiya qeydə alınıb

DÜNYA

468

09.03.2024, 11:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Çində fevralın sonunda istehlak qiymətləri indeksi (CPI) illik ifadədə 0,7% artıb.

 

Ölkədə yenidən inflyasiya tendensiyası yaranıb.

 

Oxu24.com  xəbər  verir  ki, TASS bu barədə Çin Xalq Respublikasının Dövlət Statistika İdarəsinin məlumatlarına istinadən yazır.

 

Sonuncu dəfə göstərici 2023-cü ilin avqustunda artıb. Sonra indeks 0,1% olub.

 

Sentyabrda İQİ dəyişməz qalıb, oktyabrda isə azalmağa başlayıb (-0,2%). Noyabrda tendensiya davam edib və qiymətlər daha 0,5%, dekabrda 0,3%, yanvarda isə 0,8% ucuzlaşıb.

 

Rəsmi proqnoza görə, 2024-cü ildə Çində qiymətlər 3% artacaq.

 

Nigar