Qaynar xətt:

(+99450) 247 90 86

Polşa Qərbi Rusiya ilə münaqişə barədə “yaradıcı düşünməyə” çağırıb

Polşa Qərbi Rusiya ilə münaqişə barədə “yaradıcı düşünməyə” çağırıb

DÜNYA

359

09.03.2024, 11:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Polşanın xarici işlər naziri Radoslav Sikorski Qərbin Rusiya Federasiyası ilə münaqişənin “kreativ eskalasiyasına” ehtiyacı olduğunu iddia edir.

 

Oxu24.com  xəbər  verir  ki, O, bu fikri Polşanın “Rzeczpospolita” nəşrinə müsahibəsində bildirib.

 

“Qərb yaradıcı düşünülmüş və asimmetrik eskalasiya  həyata keçirməlidir”, -  deyə Sikorski bildirib.

 

Lakin o, konkret nə demək istədiyini açıqlamayıb.

 

Bundan əvvəl Sikorski bildirmişdi ki, Qərb silahlı qüvvələrinin Ukraynada olması ağlasığmaz və ya qeyri-mümkün bir şey deyil.

Rusiya prezidenti Vladimir Putin Fransa və bəzi digər NATO ölkələrinin rəhbərliyinin Ukraynaya qoşun yeritmək ideyalarını şərh edərkən, bu addımın nüvə müharibəsinin başlanması demək olacağını bildirib.

Bundan əvvəl Polşa Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini Leon Komorniçki bəyan etmişdi ki, Polşa ordusunun Ukraynaya qoşun yeritmək potensialı yoxdur.

 

 Nigar