Qaynar xətt:

(+99450) 247 90 86

Moskvada yaşayanlara ŞOK XƏBƏRDARLIQ! 

Moskvada yaşayanlara ŞOK XƏBƏRDARLIQ! 

DÜNYA

670

08.03.2024, 13:24

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Latviya Xarici İşlər Nazirliyi vətəndaşları Rusiyaya səfərdən, Moskvada olanları isə yaxın 48 saat ərzində terror aktları təhlükəsi ilə əlaqədar kütləvi tədbirlərdən çəkinməyə çağırıb.

 

Oxu24.com  xəbər verir  ki,  bu  barədə  Latviya  Xarici İşlər Nazirliyinin  sosial şəbəkədəki hesabında  məlumat   dərc olunub.

 

“Yaxın 48 saat ərzində Moskvada baş verə biləcək terror aktları ilə əlaqədar sizi Rusiya Federasiyasına gəlməməyə və Moskvada kütləvi toplantılardan çəkinməyə çağırırıq”, - deyə  mesajda deyilir.

 

Bundan əvvəl ABŞ-ın Rusiya Federasiyasındakı səfirliyi yaxın 48 saat ərzində Moskvada ekstremistlərin hücumu təhlükəsi barədə xəbərdarlıq etmişdi.

 

Məlumata  görə, ekstremistlər yaxın vaxtlarda Rusiya paytaxtında böyük yığıncaqlara, o cümlədən konsertlərə hücum etməyi planlaşdırır.

 

Mesaj diplomatik missiyanın saytında dərc olunub. Böyük Britaniya, Almaniya və ABŞ səfirlikləri də bundan əvvəl insanları Rusiyaya səfərdən çəkinməyə çağırmışdı.

 

 

Miri