Qaynar xətt:

(+99450) 247 90 86

İranda Səudiyyə yaxınlaşır

2024/03/05/1709651777_thumbs_b_c_52c91c45c2e552b579e471bbdcdfad31.jpg

DÜNYA

304

05.03.2024, 19:13

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) “Qəzza zolağındakı böhran” mövzusunda fövqəladə iclasında iştirak etmək üçün çərşənbə axşamı Tehrandan Ciddəyə səfər edib.

 

Oxu24.com  xəbər  verir   ki,  bu  barədə  Tasnim məlumat yayıb.

 

İran Fələstindəki “kritik vəziyyəti” həll etmək və “Qəzza sakinlərinə yardım göstərmək” üçün İƏT-in nazirlər səviyyəsində fövqəladə iclasının çağırılması təklifinin təşəbbüskarlarından biridir.

 

Əmir Abdullahyan İƏT-in baş qərargahının yerləşdiyi Ciddə konfransında çıxış edəcək və “Fələstinə yardım göstərmək, Qəzzada böhranı həll etmək və İsrailin hücumunu dərhal dayandırmaq” planlarını təklif etməyə hazırlaşır.

 

İranlı diplomat Ciddəyə yola düşməzdən əvvəl Səudiyyə Ərəbistanının Tehrandakı səfiri Abdullah bin Səud əl-Anzi ilə görüşüb.

 

 

Miri