Qaynar xətt:

(+99450) 247 90 86

Zelenski Polşa ilə sərhəddəki vəziyyəti mənfi qiymətləndirib

Zelenski Polşa ilə sərhəddəki vəziyyəti mənfi qiymətləndirib

DÜNYA

358

04.03.2024, 08:46

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Vladimir Zelenski deyib ki, Polşa ilə sərhəddə vəziyyət “həm iqtisadiyyat, həm də mənəviyyatdan” kənara çıxıb.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə o, özünün Telegram kanalında videomüraciətində bildirib.

 

"Biz nəhayət, vəziyyətin həllini tapmalıyıq, xüsusən də həm iqtisadiyyat, həm də mənəviyyat hüdudlarını çoxdan keçmiş Polşa sərhədində", - siyasətçi vurğulayıb.

Vladimir Zelenski Polşanın Ukraynadakı vəziyyətdən “daxili siyasi mübarizədə” istifadə etməməsi fikrində olduğunu bildirib.

Etirazçıların əsas tələbləri Ukraynadan Polşaya kənd təsərrüfatı məhsullarının idxalını dayandırmaq və Avropa Birliyinin ekoloji planlarından (yaşıl sövdələşmə adlanır) imtina etməkdir.

 

Nigar