Qaynar xətt:

(+99450) 247 90 86

İsveçrəlilər pensiya yaşının artırılmasının əleyhinə səs veriblər

İsveçrəlilər pensiya yaşının artırılmasının əleyhinə səs veriblər

DÜNYA

383

04.03.2024, 09:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsveçrədə pensiya qanunvericiliyinə dəyişikliklərlə bağlı referendum keçirilib.

 

Oxu24.com xəbər  verir  ki, gündəlikdə pensiya yaşı və 13-cü pensiyanın ödənilməsinin müəyyən edilməsi məsələləri olub.

 

Hökumətin saytında dərc olunan səsvermə məlumatlarına görə, vətəndaşlar pensiya yaşının 65-dən 66-ya qaldırılması təklifini rədd ediblər. 74,72 faiz bu təşəbbüsün əleyhinə səs verib.

 

Amma isveçrəlilər 13-cü pensiyanı dəstəkləyiblər.

 

Onun məbləği adi aylıq sığorta ödənişinə bərabər olacaq. Ölkə sakinlərinin 58,24%-i illik gəlirlərinin artırılmasının tərəfdarı olub.

 

Səsvermədə fəallığın 58%-nin olduğu bildirilir.

 

Nigar