Qaynar xətt:

(+99450) 247 90 86

İsrail  HƏMAS-la müharibənin nə vaxt bitəcəyini açıqlayıb

İsrail  HƏMAS-la müharibənin nə vaxt bitəcəyini açıqlayıb

DÜNYA

279

04.03.2024, 08:49

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsrail Müdafiə Nazirliyinin rəhbəri Yoav Qalant bildirib ki, ölkə ordusu Fələstinin HƏMAS hərəkatını aradan qaldırmayınca müharibəyə son qoymayacaq.

 

Oxu24.com  xəbər  verir  ki, bu haqda “The Times of Israel” yazıb.

 

“Terrorçulara kömək edəcək heç kim yoxdur. Nəyin qayğısına qalacağımıza yalnız biz qərar veririk. Biz HƏMAS-ı məhv etmədən bu müharibəni bitirməyəcəyik.  Hakim təşkilat olaraq HƏMAS olmayacaq”, -  deyə   Qalant bildirib.

Onun sözlərinə görə, bu, müəyyən  vaxt aparacaq.

Daha əvvəl bildirilmişdi ki, Qəzza zolağında İsrail ordusu ilə radikal HƏMAS hərəkatı arasında atəşkəs planına 400 fələstinli məhbusun həbsdən azad edilməsi, o cümlədən qadın və kişilər də daxil olmaqla 40 girovun İsrailə təhvil verilməsinə dair bənd var. Belə sazişlər fevralın 23-də Parisdə ABŞ, Misir və Qətər nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə təqdim edilib.

 

Nigar