Qaynar xətt:

(+99450) 247 90 86

Almaniyada hərbi söhbətin sızmasını informasiya müharibəsi adlandırıblar

Almaniyada hərbi söhbətin sızmasını informasiya müharibəsi adlandırıblar

DÜNYA

318

03.03.2024, 20:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Krıma hücumla bağlı hərbi söhbətin dərci Rusiyanın apardığı informasiya müharibəsinin bir hissəsidir.

 

Oxu24.com  Tagesspiegel -ə istinadən  xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius Bundesverdə telefon dinləmələri qalmaqalına həsr olunmuş çıxışı zamanı deyib.

 

O qeyd edib ki, yoxlamanın ilk nəticələri yalnız gələn həftə təqdim olunacaq.

 

Nazir Almaniya ordusunda digər oxşar məlumatların sızmasından xəbərsiz olduğunu bildirib.

 

Pistorius onu da qeyd  edib   ki, söhbət “Taurus” raketlərinin Ukraynaya tədarükü ehtimalı demək deyil, baxmayaraq ki, Bundesver nümayəndələri Krım körpüsünə bu silahla potensial zərbə endirməkdən danışıblar.

 

Bundan əvvəl Almaniya hərbi söhbətin qeydə alınmasını "Taures" raketlərinin  Ukraynaya çatdırılmasının qarşısının alınması ilə əlaqələndirib.

 

Nəşrin bu məqsədini Bundestaqın Yaşıllar Partiyasından olan deputatı Anton Hofreiter bildirib.

 

Nigar