Qaynar xətt:

(+99450) 247 90 86

Küveyt neft hasilatının azaldılması müddətini uzatdı

Küveyt neft hasilatının azaldılması müddətini uzatdı

DÜNYA

327

03.03.2024, 20:18

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Küveyt bir sıra OPEC+ ölkələrinin 2023-cü ilin noyabrında keçirilən iclasda razılaşdığı əlavə könüllü neft hasilatının azaldılmasını 2024-cü ilin ikinci rübünə qədər uzadıb.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə KUNA agentliyi ölkənin neft naziri İmad əl-Atiqiyə istinadən məlumat yayıb.

 

Qeyd olunur ki, bu ilin birinci rübü ərzində Küveyt hasilatı sutkada 135 min barel azaltmağı öhdəsinə götürüb.

O, neft hasilatının azaldılması üçün tədbirlərin uzadılmasını elan edən ilk OPEC+ dövləti oldu.

Bloomberg öz mənbələrinə istinadən həmçinin bildirir ki, bu öhdəlikləri üzərinə götürən bütün ölkələr könüllü hasilatın azaldılmasını iyun ayına qədər uzatmağa razılaşıblar.

Daha əvvəl bildirilmişdi ki, 2024-cü ilin yanvar ayının sonunda qlobal neft tədarükü kəskin şəkildə sutkada 1,4 milyon barel azalaraq 101,45 milyon barrelə düşüb.

Bunu Beynəlxalq Enerji Agentliyinin (IEA) analitiklərinin statistik məlumatları sübut edir.

 

Nigar