Qaynar xətt:

(+99450) 247 90 86

Pakistanda faciə: Xeyli sayda ölü var

Pakistanda faciə: Xeyli sayda ölü var

DÜNYA

258

02.03.2024, 23:13

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətində yağan güclü yağışlar nəticəsində bəzi evlərin damının uçması, bəzi evlərin isə torpaq altında qalması nəticəsində 17 nəfərin öldüyü, 23 nəfərin yaralandığı açıqlanıb.

 

Oxu24.com   xəbər  verir  ki, The Tribune” qəzetinin yazdığına görə, Hayber Paxtunxva əyalətinin bəzi bölgələrində, xüsusilə Peşavar, Aşağı Dir və Bacaurda güclü yağışlar nəticəsində evlərin damları uçub, bəzi evlər isə sürüşmə nəticəsində torpaq altında qalıb.

 

Axtarış-xilasetmə qrupları əyalətdə 17 nəfərin həyatını itirdiyini, 23 nəfərin isə Peşəvərdə 7, Aşağı Dirdə 3 nəfərin yaralandığını açıqlayıb.

 

Ərazidə leysan yağışlar səbəbindən "fövqəladə vəziyyət" elan edilib.

 

Bəlucistan əyalətinin Qvadr rayonu yağışların vurduğu bölgələrdə  kanalizasiyalar daşıb və bəzi sakinlər evlərini tərk etmək məcburiyyətində qalıb.

 

 

Nigar