Qaynar xətt:

(+99450) 247 90 86

Əl-Cəzirə: Qəzzaya hücumda 1 nəfər ölüb, 26 nəfər yaralanıb

Əl-Cəzirə: Qəzzaya hücumda 1 nəfər ölüb, 26 nəfər yaralanıb

DÜNYA

338

02.03.2024, 23:07

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qəzza zolağında humanitar yardım xəttinə hücum nəticəsində 1 nəfər ölüb, 26 nəfər yaralanıb.

 

Oxu24.com   xəbər  verir  ki,bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

 

"Qəzzanın qərbində, Nabulsi dairəsi yaxınlığında humanitar yardım gözləyən insanlara hücum nəticəsində 1 nəfər ölüb, 26 nəfər yaralanıb", - məlumatda deyilir.

 

Bundan əvvəl, fevralın 29-da İsrail Müdafiə Qüvvələri (IDF) Qəzzanın şimalına humanitar yardım aparan yük maşınlarının təkərləri altında yaranan izdihamda onlarla fələstinlinin həlak olduğunu bildirmişdi.

 

İsrailin İ24 News kanalının məlumatına görə, insident nəticəsində bəzi qəzzalılar İDF hərbçilərinin mövqelərinə doğru irəliləyib və onlar onlara atəş açıblar.

 

Qəzza Səhiyyə Nazirliyi də öz növbəsində bəyan edib ki, İsrail ordusunun atəşi nəticəsində ərazidə humanitar yardım gözləyən 100-dən çox fələstinli həlak olub.

 

Miri