Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyada hava limanı bağlandı

Rusiyada hava limanı bağlandı

DÜNYA

344

02.03.2024, 21:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sankt-Peterburq yaxınlığındakı Pulkovo hava limanında reyslərin gəliş-gedişinə məhdudiyyətlər tətbiq edilib.

 

Oxu24.com  xəbər  verir  ki,  bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artem Korenyako özünün Telegram kanalında bildirib.

"Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün martın 2-də Moskva vaxtı ilə saat 19:32-dən məhdudiyyətlər tətbiq edilib", - təşkilatın nümayəndəsi qeyd edib.

Korenyakonun sözlərinə görə, bunun üçün təyyarənin ekipajları, hava hərəkəti dispetçerləri və hava limanının xidmətləri bütün lazımi tədbirləri görür.

Qeyri-rəsmi məlumatlara görə, əvvəlki hallarda Leninqrad vilayəti üzərində səmada dronun potensial peyda olması səbəbindən Pulkovo hava limanı fəaliyyətini müvəqqəti dayandırıb.

Yanvarın 31-nə keçən gecə bununla bağlı “Xalça” planı tətbiq edilib. Daha sonra məhdudiyyətlər Moskva vaxtı ilə saat 03:53-dən 05:11-dək qüvvədə olub. Həmin vaxt hava limanında müvəqqəti məhdudiyyətlərin tətbiq edilməsinin səbəbi rəsmi olaraq açıqlanmayıb.

Həmin gün şəhər qubernatoru Aleksandr Beqlov bildirib ki, Sankt-Peterburqda sənaye obyektində “hüquq-mühafizə orqanlarının diqqətini tələb edən” insident baş verib.

 Miri