Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya  Ermənistandan gələn  kürüyə  qadağa  qoydu

Rusiya  Ermənistandan gələn  kürüyə  qadağa  qoydu

DÜNYA

413

01.03.2024, 23:48

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyanın   Rosselxoznadzor laboratoriya monitorinqi zamanı Ermənistandan qırmızı kürünün tədarükü zamanı pozuntular aşkar edib.

 

Oxu24.com   xəbər  verir   ki,  bu  barədə   xidmətin açıqlamasında qeyd  edilib.


Ermənistanın “Maks Fiş” şirkətinin istehsal etdiyi qırmızı kürünün tərkibində Escherichia coli bakteriyası aşkar edilib.

 

Bununla əlaqədar olaraq bu müəssisədən kürü tədarükünə müvəqqəti məhdudiyyətlərin tətbiqi qərara alınıb.

 

Bundan başqa, Belarusiyanın “Belfood Production” MMC-nin istehsal etdiyi ət konservlərinin tərkibində antibakterial preparatlar – ketoprofen, meloksikam və fluniksin aşkar edilib. Qaydalara görə, konservlərdə belə dərmanların olmasına icazə verilmir.

 

Rosselxoznadzor bu müəssisənin məhsullarına təkmilləşdirilmiş laboratoriya nəzarətini tətbiq etmək qərarına gəlib.

 

 

Miri