Qaynar xətt:

(+99450) 247 90 86

Makron Fransa siyasətçiləri ilə Ukraynanı müzakirə edəcək

Makron Fransa siyasətçiləri ilə Ukraynanı müzakirə edəcək

DÜNYA

272

01.03.2024, 22:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fransa prezidenti Emmanuel Makron martın 7-də Fransa siyasi partiyalarının liderləri ilə Ukraynadakı vəziyyəti müzakirə edəcək.

 

Oxu24.com  xəbər  verir  ki, Figaro məlumat  yayıb.

 

Nəşr iddia edir ki, Makron Ukraynadakı vəziyyəti müzakirə etmək üçün cümə axşamı Fransa parlamentində təmsil olunan partiyaların liderlərini qəbul edəcək.

 

Nəşr vurğulayır ki, oxşar görüş sonuncu dəfə 2023-cü ilin oktyabrında Fələstin-İsrail münaqişəsinin gərginləşməsindən sonra keçirilib.

 

Bundan əvvəl məlum olub ki, Paris xüsusi təyinatlıların və digər hərbi birləşmələrin Ukrayna sərhədindən keçməsinə icazə vermək imkanını nəzərdən keçirir.

 

Bu addım Rusiya üçün “strateji dilemma” yaratmaq vasitəsi kimi qiymətləndirilir. Məqalə müəllifləri qeyd edirlər ki, Fransanın hərbi mövcudluğu Ukraynanın bəzi ərazilərinin qorunmasına və Rusiya Federasiyasının hücumlarını məhdudlaşdırmağa kömək edəcək.

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Fransa prezidenti Emmanuel Makronun Qərb qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyü ilə bağlı bəyanatından uzaqlaşmağa çalışması fikrini tam doğru hesab edib.

 

Miri