Qaynar xətt:

(+99450) 247 90 86

İsveçrə Rusiyaya qarşı sanksiyalara qoşulub

İsveçrə Rusiyaya qarşı sanksiyalara qoşulub

DÜNYA

270

01.03.2024, 22:50

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsveçrə Federal Şurası 13-cü məhdudiyyətlər paketi çərçivəsində Aİ-nin Rusiyaya qarşı sanksiyalarına qoşulduğunu elan edib.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə TASS məlumat yayıb.

 

“2024-cü il fevralın 29-da sanksiyalara cavabdeh olan Federal İqtisadiyyat, Təhsil və Tədqiqatlar Departamenti Rusiyaya qarşı yeni tədbirlər görüb. İsveçrə Aİ-nin 13-cü sanksiyalar paketinə qoşulur”, - mesajda deyilir.

 

Qeyd olunur ki, sanksiyalar 2024-cü il martın 1-dən qüvvəyə minib.

 

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Aİ-nin 13-cü sanksiyalar paketini şərh edərkən bildirib ki, yeni məhdudiyyətlər xüsusi hərbi əməliyyatın (SVO) gedişatına heç bir təsir göstərməyəcək.

Fevralın 23-də Avropa İttifaqı Şurası 13-cü anti-Rusiya sanksiyalar paketini təsdiqləyib. Buraya 194 fiziki və hüquqi şəxs daxil idi. Sanksiyalar, xüsusən də Rusiyanın pilotsuz təyyarələrin komponentlərinə çıxışını məhdudlaşdırmaq məqsədi daşıyır. Bundan əlavə, Hindistan, Şri-Lanka, Çin, Serbiya, Qazaxıstan, Tailand və Türkiyə şirkətləri də məhdudiyyətlərə məruz qalıb. Aİ Rusiyanın hərbi-sənaye kompleksini dəstəklədiyi iddiası ilə 27 təşkilatı yeni sanksiyalar paketinə daxil edib.

 

Miri