Səfərbərlik elan edilsə, Rusiya ilə sərhədi bağlayacağıq – Baş nazir
20 Sentyabr 2026, 23:42
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
375
28.02.2024, 22:40
Avropa mərkəzli hüquq firmaları Geradin Partners və Stek tərəfindən edilən açıqlamada, 17 ölkədən 30-dan çox Avropa media təşkilatının Google-a qarşı məhkəmə prosesi başlatdığı bildirilib.
Oxu24.com xəbər verir ki, açıqlamada, işin Hollandiyanın Amsterdam Rayon Məhkəməsinə aparıldığı, Google-un reklam texnologiyası tətbiqlərinin rəqabətə zidd olduğu iddia edildiyi və təxminən 2,1 milyard avro təzminat tələb edildiyi bildirilir.
Açıqlamada Fransanın rəqabət qurumunun Google-un 2021-ci ildə reklam texnologiyası sahəsində dominant mövqeyindən sui-istifadə etdiyini müəyyən etdiyi, Avropa Komissiyasının isə 2023-cü ildə eyni məsələ ilə bağlı etiraz bəyanatı dərc etdiyi qeyd edilir.
“Əgər Google öz dominant mövqeyindən sui-istifadə etməsəydi, media şirkətləri reklamdan əhəmiyyətli dərəcədə yüksək gəlir əldə edər və reklam texnologiyası xidmətləri üçün daha aşağı ödənişlər ödəyərdi”, - deyə bəyanatda bildirilir.
Alman media şirkəti Axel Springer və Norveçdə yerləşən Schibsted media qrupu, o cümlədən Polşa, Finlandiya, Avstriya, Danimarka, Belçika, İsveç, İspaniya, Portuqaliya, Çexiya, İsveçrə, Rumıniya, Bolqarıstan, Slovakiya, Macarıstan, Hollandiya və Lüksemburq Google-u məhkəməyə verən şirkətlər arasında olub.
Miri
Həmçinin oxuyun
03:01 / 21 Sentyabr 2026
200
23:42 / 20 Sentyabr 2026
87
23:22 / 20 Sentyabr 2026
74
23:22 / 20 Sentyabr 2026
95
22:50 / 20 Sentyabr 2026
134
22:34 / 20 Sentyabr 2026
122
22:03 / 20 Sentyabr 2026
91
21:41 / 20 Sentyabr 2026
246
21:28 / 20 Sentyabr 2026
104
20:40 / 20 Sentyabr 2026
114
20:31 / 20 Sentyabr 2026
235
20:12 / 20 Sentyabr 2026
81
20:05 / 20 Sentyabr 2026
101
19:49 / 20 Sentyabr 2026
1856
19:29 / 20 Sentyabr 2026
121
19:17 / 20 Sentyabr 2026
116
18:59 / 20 Sentyabr 2026
98
18:59 / 20 Sentyabr 2026
976
18:55 / 20 Sentyabr 2026
295
18:52 / 20 Sentyabr 2026
97
18:48 / 20 Sentyabr 2026
108
18:47 / 20 Sentyabr 2026
282
18:23 / 20 Sentyabr 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.