Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ Ukraynaya nə qədər pul qaldığını açıqlayıb

ABŞ Ukraynaya nə qədər pul qaldığını açıqlayıb

DÜNYA

382

28.02.2024, 21:46

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Pentaqon ilk növbədə Ukrayna üçün qalan 4 milyard dollar vəsaitin necə və nəyə xərclənəcəyini müzakirə edir.

Oxu24.com  xəbər  verir  ki,bu barədə Amerikanın müdafiə nazirliyindəki mənbəyə istinadən CNN məlumat yayıb.

Bu məbləğ Pentaqonun öz ehtiyatlarından Ukraynaya hərbi texnika, sursat və ya digər hərbi ləvazimatların ayrılması üçün istifadə oluna bilər.

RT telekanalı xəbər verir ki, hazırda heç bir qərar verilməyib - Amerika rəsmiləri göstərilən məbləğin ən azı bir hissəsindən istifadə imkanını müzakirə edirlər.

Bundan əvvəl Belçikanın Kiyev üçün təcili olaraq 155 mm-lik mərmi alınması üçün 200 milyon avro ayıracağı məlum olub.

De Kroo qeyd edib ki, Çexiya təşəbbüsü artıq Böyük Britaniya, Danimarka, Hollandiya, Kanada və İsveç tərəfindən dəstəklənib. Bu xətt üzrə ilk mərmilərin martın sonunda Ukraynaya çatacağı gözlənilir.

 

Miri