Qaynar xətt:

(+99450) 247 90 86

Şri-Lankada təyyarənin uçuşu siçovul səbəbiylə üç gün gecikdi

Şri-Lankada təyyarənin uçuşu siçovul səbəbiylə üç gün gecikdi

DÜNYA

315

28.02.2024, 15:53

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şri-Lankada təyyarənin uçuşu siçovulun göyərtədə gizlənməsinə görə üç gün yubanıb.

 

Oxu24.com  xəbər  verir  ki,  bu  barədə  Times of India yazır.

SriLankan Hava Yollarının nümayəndələrinin sözlərinə görə, təyyarədə olan siçovul Pakistandan Kolomboya uçan sərnişinlərin yükünün  içərisində  salona keçirilib.

Təyyarə yerə endikdən sonra üç gün dayanacaqda qalıb.

Bu müddət ərzində mütəxəssislər siçovulun naqilləri çeynəyib-çeynəmədiyini yoxlayıblar. Bundan əlavə, heyvan təyyarədəki digər avadanlıqları da zədələyə bilərdi ki, bu da texniki işçilər tərəfindən diqqətlə yoxlanılıb.

Rəsmilər daha sonra təyyarənin yenidən xidmətə başladığını, lakin üç günlük fasilənin uçuşun gecikməsinə səbəb olduğunu açıqlayıb.

 

Miri