Qaynar xətt:

(+99450) 247 90 86

Almaniyada yaşayan miqrantlara  bəd xəbər!

Almaniyada yaşayan miqrantlara  bəd xəbər!

DÜNYA

353

27.02.2024, 19:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Almaniyanın şərqindəki Türingiya əyalətinin Sale-Orla bölgəsində yaşayan qaçqınlardan ilk dəfə işləmək tələb olunacaq.

 

Oxu24.com  Almaniyanın Bild nəşrinə istinadən  xəbər verir ki, bu barədə rayonun rəhbəri Kristian Herrqott məlumat verib.

 

"Vergi ödəyicilərinin müavinətləri ilə yaşayan insanların cəmiyyətə bir şey verməli və bütün günü parkda skamyada oturmaması lazım olduğunu aydınlaşdırmaq vacibdir", deyə  Herrgott bildirib.

 

1992-ci ildə Almaniyada qəbul edilən Sığınacaq Qanununun qaçqınları işlə təmin etdiyi bildirilir, lakin Zale-Orla ölkədə bu müddəanı həyata keçirən ilk rayon olub.

 

Herrqottun sözlərinə görə, bölgədəki qaçqınlar gündə dörd saat ictimai işlərə cəlb olunacaqlar. Saatlıq əmək haqqı 80 avro sent olacaq ki, bu da ayda 64 avroya bərabərdir. Mart ayında işləyən miqrantlara əmək haqqı kartları veriləcək.

 

Rayon rəhbəri bildirib ki, hazırda təşkilatlara, bələdiyyə müəssisələrinə iş təklifləri göndərir və “işləmək istəməyənləri həvəsləndirməyə” çalışır.

 

Bundan əvvəl Almaniya Federal Kansleri Olaf Şolz mühacirlərin ölkədən çıxarılmasını müdafiə edən sağçı siyasi qüvvələri demokratiyanın düşməni adlandırmışdı.

 

Miri