Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya Almaniyadan narahatdır

Rusiya Almaniyadan narahatdır

DÜNYA

415

27.02.2024, 19:31

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya Almaniyadan getdikcə artan aqressiv ritorikadan narahatdır və bu, yüksək siyasi səviyyədə eşidilir.

 

Oxu24.com  xəbər  verir  ki, bunu Rusiyanın Berlindəki səfiri Sergey Neçayev RİA Novosti ilə söhbətində Ukrayna üçün uzaqmənzilli silahlarla bağlı qətnamənin qəbulunu şərh edərkən deyib.

 

“Kiyevə uzaqmənzilli silahlarla bağlı qətnamə qəbul edilir.Bu  Berlinin Ukrayna münaqişəsində yaxından iştirakının növbəti sübut edir. Biz Almaniyada yüksək siyasi səviyyədə eşidilən getdikcə aqressiv militarist ritorikanı narahatlıqla qeyd edirik”, -  deyə  Neçayev qeyd edib.

 

O qeyd edib ki, söhbət alman ordusunu və cəmiyyətini Rusiya ilə “müharibə”yə hazırlamaq və hərbi əməliyyatları Rusiya Federasiyasının ərazisinə keçirmək çağırışlarından gedir.

 

Bundan əvvəl Almaniya Bundestaqı hakim partiyaların fraksiyalarının Ukraynaya uzaqmənzilli silahların verilməsi çağırışını ehtiva edən qətnaməsini dəstəkləyib.

Miri