Qaynar xətt:

(+99450) 247 90 86

Polşa Makronla razılaşmadı

Polşa Makronla razılaşmadı

DÜNYA

351

27.02.2024, 15:33

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Polşa öz qoşunlarını Ukraynaya göndərməyi planlaşdırmır.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə Polşanın müdafiə nazirinin müavini Sezari Tomçik Polsat telekanalına müsahibəsində bildirib.

 

“Polşada belə bir layihə və belə bir ideya yoxdur",-deyə o bildirib.

 

Bundan əvvəl Polşa prezidenti Anjey Duda Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Parisdə keçirilən Ukrayna üzrə konfransın iştirakçılarının “bu məsələdə qətiyyən razılığa gəlmədiyini” bildirmişdi.

 

Ötən gecə Ukrayna ilə bağlı bir günlük konfrans baş tutub.

 

Tədbirdə Almaniya kansleri Olaf Şolz, Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron, Slovakiya və Çexiyanın baş nazirləri Robert Fiko və Petr Fiala da iştirak ediblər.

 

ABŞ-dan dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen iştirak edib.

 

Miri