Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103455
az

Fələstində istefalar başladı

22:4226 Fevral, 2024
132
DÜNYA
  • A

Fələstin prezidenti Mahmud Abbas Məhəmməd Ştayyenin başçılıq etdiyi hökumətin istefasını qəbul edib.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə Fələstinin WAFA xəbər agentliyi Abbas administrasiyasına istinadən məlumat yayıb.

 

Saytın  məlumatına görə, Abbas bununla bağlı müvafiq fərman imzalayıb.

 

O, həmçinin Ştayya və hökumətinə yeni hökumət formalaşana qədər Nazirlər Kabinetinin işinə müvəqqəti rəhbərlik etməyi tapşırıb.

Fevralın 26-da Fələstinin baş naziri Mohammed Shtayyeh mətbuat konfransı zamanı istefa ərizəsini Abbasa təqdim etdiyini bildirib. O, istefasının səbəblərini açıqlamayıb.

“Al Mayadeen” telekanalının məlumatına görə, Abbas bəzi regional oyunçuların və ABŞ-ın ona etdiyi təzyiqlərə görə hökuməti dəyişməyə gedir. Ehtimallara görə, Nazirlər Kabinetinin istefası Qəzza zolağında münaqişəyə son qoymaq üçün davam edən vasitəçilik səyləri və İsrail qoşunlarının çıxarılması və anklavdan blokadanın götürülməsi üçün beynəlxalq təminatların verilməsi ilə bağlıdır.

Ştayye 2019-cu il martın 10-dan Fələstinin baş naziri vəzifəsini icra edir. O, Abbasla yaxın münasibətdə idi və tez-tez mətbuatda prezidentin varisi kimi adlanırdı.

Keçmiş baş nazir iki dövlətin: Fələstin və İsrailin birgə yaşaması ideyasının tərəfdarıdır. Ailəlidir və üç övladı var.

 Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putinə Olimpiya oyunlarında atəşkəslə bağlı müraciət edildi
Berlin İsraili silahlandırmaqda davam edəcək
Ukraynanın dövlət borcu iyunda daha 1 milyard dollar artıb

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ