Qaynar xətt:

(+99450) 247 90 86

İran prezidentindən terrordan sonra sensassion tapşırıq

İran prezidentindən terrordan sonra sensassion tapşırıq

DÜNYA

517

04.01.2024, 10:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İran İslam Respublikasının lideri Ayətullah Əli Xamenei Kirman şəhərində baş verən partlayışlardan sonra İranı ABŞ-la birbaşa qarşıdurmaya cəlb etməməyə çağırıb.

 

Oxu24.com  xəbər  verir  ki,  bu  barədə  The New York Times məlumatlı mənbələrə istinadən yazır.


Onların sözlərinə görə, Ayətullah Xamenei hərbi komandirləri “strateji səbir” göstərməyə və nəyin bahasına olursa olsun İranı ABŞ-la birbaşa hərbi qarşıdurmaya cəlb etməkdən çəkinməyə çağırıb.

 

Nəşrin həmsöhbətlərinin dediyinə görə, o, hərbçilərə cavab tədbirlərini İsrailə qarşı gizli əməliyyatlar və ya proxy qrupların ABŞ-ın Suriya və İraqdakı bazalarına hücumları ilə məhdudlaşdırmağı əmr edib.

 

Qəzetin mənbələri bildiriblər ki, Xamneyi Suriyada bir iranlı komandirin, Beyrutda HƏMAS rəsmisinin bu yaxınlarda öldürülməsini və Kirmandakı hücumları “Qəzzadakı müharibə ilə bağlı beynəlxalq qəzəbdən diqqəti yayındırmaq məqsədi daşıyan koordinasiyalı İsrail kampaniyası” kimi qiymətləndirir.

 

Həmçinin oxu: Əhali 12 qəpikdən nə qədər qaz işlədə bilər? - Limitlə bağlı vacib xəbər

 

 

Müəllif: Nigar