Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda qış turizm mövsümünə start verildi

Azərbaycanda qış turizm mövsümünə start verildi

CƏMİYYƏT

742

16.12.2023, 19:22

16-17 dekabrda Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanda qış turizmi mövsümünün açılışı və turizm imkanlarının tanıdılması məqsədilə kütləvi informasiya vasitələri nümayəndələri üçün “Şahdağ” Turizm Mərkəzinə iki günlük mediatur təşkil edilib.

Mediaturun məqsədi Azərbaycanda qış turizminin təşviqi, turizm məhsullarının tanıdılması, bu sahəyə marağın artırılması, eləcə də “Şahdağ” Turizm Mərkəzinin qış mövsümünə hazırlıq imkanları, həyata keçirilən işlər və yeniliklər haqqında ictimaiyyəti məlumatlandırmaqdır. Tədbir çərçivəsində media nümayəndələrinə “Şahdağ” Turizm Mərkəzinin 2023-cü il üzrə fəaliyyətinə dair video təqdimatı nümayiş olunub, kompleksdə həyata keçirilən yenidənqurma və infrastruktur işləri haqqında ətraflı məlumat verilib.

Tədbirdə çıxış edən “Şahdağ” Turizm Mərkəzi” QSC-nin sədri Rüstəm Nəcəfov bu qış mövsümündən xizək həvəskarları üçün uzunluğu 1800 metr olan və müxtəlif beynəlxalq xizək yarışlarının keçirilməsi üçün nəzərdə tutulan xüsusi yeni yamacın istifadə verildiyini, eyni zamanda kompleksdə fəaliyyət göstərən xizək yamaclarının daim qarla təmin olunması üçün qar generatorlarının sayının 449-dan 488-ə çatdırıldığını bildirib.

O, həmçinin bu il “Şahdağ” Turizm Mərkəzinin qlobal turizm bazarlarına çıxış imkanlarının genişləndirilməsi və turist cəlbediciliyinin artırılması məqsədi ilə Rusiya, Qazaxıstan və Özbəkistanın dağ kurortlarını özündə birləşdirən Avrasiya Dağ Kurortları Alyansına üzv seçildiyini və  gələcəkdə bu əməkdaşlığın Azərbaycanın qış turizminin inkişafına müsbət təsir  göstərəcəyini  qeyd edib.

Tədbirdə media nümayəndələrinə 2024-cü ilin mart ayında Şahdağda ilk dəfə olaraq xizək alpinizmi üzrə Beynəlxalq Xizək Alpinizm Federasiyasının (“ISMF”) beynəlxalq seriya yarışının keçiriləcəyi haqqında məlumat verilib.

Təqdimat zamanı “Şahdağ” Turizm Mərkəzinin əsas hədəfinin yerli və əcnəbi ziyarətçilərin sayında müsbət dinamikaya nail olmaq, müştəri məmnunluğunu artırmaq, ölkədaxili və ölkəxarici tanıtım fəaliyyətlərini intensivləşdirmək, xüsusilə Şahdağı təkcə qış turizmi baxımından deyil, il boyu fəaliyyət göstərən turizm mərkəzi olaraq təbliğini genişləndirməkdən ibarət olduğu diqqətə çatdırılıb.

Mediaturda KİV nümayəndələrinin maraq doğuran sualları cavablandırılıb. İki günlük tədbir çərçivəsində KİV nümayəndələri hotellər, turizm mərkəzində qonaqlara təklif olunan müxtəlif əyləncələr ilə tanış olub, xizək vasitələri, kanat yolları, müxtəlif attraksionlar və qış əyləncələrindən istifadə ediblər.

Mediatur çərçivəsində, həmçinin qış mövsümünün açılışı ilə əlaqədar olaraq Rusiya, Belarus, Özbəkistan, Qazaxıstan və Serbiyadan, eləcə də bir sıra Yaxın Şərq ölkələrindən dəvət olunan 90-a yaxın turizm nümayəndəsi və bloqerlər, həmçinin xarici tərəfdaş kurortların 12 üzvü iştirak edib.

Qeyd edək ki, 2023-cü ilin yanvar ayından dekabr ayının 15-ə kimi “Şahdağ” Turizm Mərkəzində hotellərdə gecələyənlərin sayı 67 821 nəfər, mərkəzə səfər edən qonaqların  ümumi sayı isə 158 506 nəfər təşkil edib.

Prezident İlham Əliyev: Özbəkistan bu gün böyük beynəlxalq nüfuza malik dövlətdir 

17:31 / 23 Avqust 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyev: Özbəkistan bu gün böyük beynəlxalq nüfuza malik dövlətdir 

125

0
Daşkənddə Azərbaycan və Özbəkistan Prezidentlərinin təkbətək görüşü olub 

17:09 / 23 Avqust 2026

SİYASƏT SİYASƏT

Daşkənddə Azərbaycan və Özbəkistan Prezidentlərinin təkbətək görüşü olub 

91

0
Azərbaycan və Özbəkistan müttəfiqliyi Cənubi Qafqaz–Mərkəzi Asiya xəttini gücləndirir - TƏHLİL

16:36 / 23 Avqust 2026

SİYASƏT SİYASƏT

Azərbaycan və Özbəkistan müttəfiqliyi Cənubi Qafqaz–Mərkəzi Asiya xəttini gücləndirir - TƏHLİL

123

0
Prezidentlər və birinci xanımlar “Kuksaroy”da birgə foto çəkdirdilər - Video

16:15 / 23 Avqust 2026

CƏMİYYƏT CƏMİYYƏT

Prezidentlər və birinci xanımlar “Kuksaroy”da birgə foto çəkdirdilər - Video

142

0
Özbəksitan Prezidenti “Heydər Əliyev” ordeni ilə təltif edilib 

15:59 / 23 Avqust 2026

DÜNYA DÜNYA

Özbəksitan Prezidenti “Heydər Əliyev” ordeni ilə təltif edilib 

109

0
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

15:19 / 23 Avqust 2026

SİYASƏT SİYASƏT

Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

124

0
Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar

15:04 / 23 Avqust 2026

SİYASƏT SİYASƏT

Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar

112

0
“Çalışırıq ki, Azərbaycan və özbək dillərinin kombinasiyasında danışaq” - Video 

14:39 / 23 Avqust 2026

OXU24 TV OXU24 TV

“Çalışırıq ki, Azərbaycan və özbək dillərinin kombinasiyasında danışaq” - Video 

89

0
Hikmət Hacıyev: Özbəkistan və Azərbaycan münasibətləri yeni bir mərhələyə qədəm qoyub 

14:20 / 23 Avqust 2026

SİYASƏT SİYASƏT

Hikmət Hacıyev: Özbəkistan və Azərbaycan münasibətləri yeni bir mərhələyə qədəm qoyub 

95

0
Azərbaycan-Özbəkistan mədəni-humanitar əlaqələri inkişaf edir 

14:18 / 23 Avqust 2026

SİYASƏT SİYASƏT

Azərbaycan-Özbəkistan mədəni-humanitar əlaqələri inkişaf edir 

88

0
“Özbəkistana dövlət səfərindən gözəl xatirə” - Foto 

14:09 / 23 Avqust 2026

CƏMİYYƏT CƏMİYYƏT

“Özbəkistana dövlət səfərindən gözəl xatirə” - Foto 

85

0
Azərbaycanda yeni qanun bu gündən qüvvəyə mindi

14:01 / 23 Avqust 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycanda yeni qanun bu gündən qüvvəyə mindi

132

0