Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98614
az

Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşdü - FOTO

17:2327 Noyabr, 2023
145
CƏMİYYƏT
  • A

Noyabrın 27-də Bakı şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler ilə görüşüb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, general-polkovnik Z.Həsənov qonaqları səmimi salamlayaraq Azərbaycan ilə Türkiyə arasında digər sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın, strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu bildirib.

Hər iki qardaş ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi hörmət və ehtiramla anılıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan-Türkiyə arasında müdafiə sahəsindəki mövcud əməkdaşlığı və perspektiv imkanlarını yüksək dəyərləndirdiyini xüsusi vurğulayan müdafiə naziri əlaqələrimizin daha da genişləndirilməsi baxımından bu cür görüşlərin zəruriliyini qeyd edib.

Qardaş ölkəyə səfərindən məmnunluğunu ifadə edən cənab Y.Güler göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, ölkələrimiz arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da uğurla inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.

Azərbaycan-Türkiyə əlaqələrinin Şuşa Bəyannaməsinə əsasən müttəfiqlik münasibətlərinə söykəndiyi diqqətə çatdırılıb. Bu Bəyannamənin ikitərəfli əlaqələrin inkişafında müstəsna rolu olduğu xüsusi vurğulanıb.

Görüşdə birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyi, regionda və dünyada cərəyan edən hərbi-siyasi proseslər, bölgədə sabitliyin təmin edilməsi yolları, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.

Məqaləyə dair fotomateriallar:

 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi
Yolda bu xəttə müdaxilə sürücülərin cərimələnməsi ilə nəticələnir - VİDEO

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanıldı