Qaynar xətt:

(+99450) 247 90 86

Nitq məhdudiyyətli azyaşlıya qarşı kobudluq edən loqoped: Şər-böhtan atılır - VİDEO

Nitq məhdudiyyətli azyaşlıya qarşı kobudluq edən loqoped: Şər-böhtan atılır - VİDEO

CƏMİYYƏT

416

10.11.2023, 16:49

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Bakıda loqoped uşaqla kobud davranıb.
 
OXU24.COM  azxeber-ə istinadla bildirir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Belə ki, Aysel Nəbiyeva adlı loqoped nitq məhdudiyyətli uşağa qışqıraraq, topları qabdan boşaldıb:

"Tez topları yığ və mənə gətir. Bu gün sən mənim səbrimi sınadın və səsindən başım ağrıdı".
Daha sonra o, "Gördün ki, adamı necə tabe edirlər?" sözlərini işlədib. 
 
Loqoped Aysel Nəbiyeva Oxu.Az-a açıqlamasında bildirib ki, görüntülər yarımçıq yayılıb:
"Bu videonu mənim ailəmlə prinsipi olan xanım pul qarşılığında yayıb. Uşağın ailəsi bu barədə şikayətçi deyil, sadəcə narahatlıqları videonun yayılmasıdır.
Uşağa qətiyyən şiddət göstərilməyib. Əgər belə bir şey olsaydı, çoxdan haqqımda araşdırma aparılırdı. Atılan şər-böhtandır".