Bağlı yollar açıldı
27 Sentyabr 2026, 15:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
639
08.11.2023, 10:21
Bakıda 8 Noyabr - Zəfər Gününə hazırlıq işləri yekunlaşıb.
Oxu24.com xəbər verir ki, paytaxtın mərkəzi küçə və prospektləri bayraqlarla bəzədilib, 8 noyabrla bağlı plakatlar asılıb, Zəfərlə bağlı şüarlar yazılıb. Binaların eyvanlarından Azərbaycan bayraqları asılıb.
Dənizkənarı Milli Parkda yerləşən Saat qülləsinin yanındakı böyük səhnə artıq qurulub.
Qeyd edək ki, noyabrın 8-i saat 19:00-da Parkda yerləşən Saat qülləsinin qarşısında geniş bayram konserti keçiriləcək, daha sonra atəşfəşanlıq olacaq.
Xatırladaq ki, 2020-ci ilin sentyabrın 27-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı başlayan əks-hücum əməliyyatlarında - 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımızı azad edib. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, Ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. İşğaldan azad olunmuş tarixi torpaqlarımızda bu gün üçrəngli bayrağımız əzəmətlə dalğalanır.
Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, hər il noyabrın 8-i Azərbaycanda Qarabağın tacı, onun döyünən ürəyi Şuşanın işğaldan azad edildiyi tarix - 8 Noyabr Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunur.
15:48 / 27 Sentyabr 2026
1
15:42 / 27 Sentyabr 2026
17
15:30 / 27 Sentyabr 2026
29
15:15 / 27 Sentyabr 2026
37
15:05 / 27 Sentyabr 2026
45
14:53 / 27 Sentyabr 2026
50
14:50 / 27 Sentyabr 2026
47
14:36 / 27 Sentyabr 2026
303
14:35 / 27 Sentyabr 2026
104
14:31 / 27 Sentyabr 2026
47
14:30 / 27 Sentyabr 2026
45
14:05 / 27 Sentyabr 2026
55
13:55 / 27 Sentyabr 2026
44
13:29 / 27 Sentyabr 2026
181
13:26 / 27 Sentyabr 2026
67
13:12 / 27 Sentyabr 2026
52
13:01 / 27 Sentyabr 2026
186
12:58 / 27 Sentyabr 2026
57
12:46 / 27 Sentyabr 2026
529
12:38 / 27 Sentyabr 2026
184
12:29 / 27 Sentyabr 2026
419
12:06 / 27 Sentyabr 2026
70
11:52 / 27 Sentyabr 2026
178
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.