Kolbasa tamamilə ət məhsulu hesab olunmur, ona görə ki, tərkibində sağlamlıq üçün təhlükəli olan nitritlər və kanserogenlər var.
OXU24.COM xəbər verir ki, bu sözləri rusiyalı cərrah Aleksandr Umnov deyib. Kolbasa istehsalının sirlərindən və ölümcül təhlükəsindən danışan ekspert izah edib ki, delikatesdə ətin miqdarı 1/5-dən çox deyil, qalan komponentlər istehsalçının ixtiyarındadır.
Həkim bildirib ki, kolbasa üçün ət xüsusi heyvanlardan alınır, onların hərəkəti məhdudlaşdırılır və yüksək keyfiyyətli olmayan qida ilə normadan artıq qidalanırlar, onlara tez-tez antibiotiklər əlavə olunur. Mütəxəssisin fikrincə, antibiotiklər heyvanların orqanizmində xəstəlik yarada bilən "meqa-super-giqa davamlı" mikroorqanizmlərin yaranmasına səbəb ola bilər.
"Müxtəlif kateqoriyadan olan kolbasa və sosiskaların istehsalında demək olar ki, bütün heyvandan istifadə olunur. Ət, piylər, buynuzlar, dırnaqlar, emal zamanı əmələ gələn trans yağları və s.", - Umnov qeyd edib.
Həkim bildirib ki, rəng əldə etmək üçün delikateslərə boyalar, saxlama müddətini artırmaq üçün isə ətin çürüməsini ləngidən natrium nitrit əlavə edilir. Həkimin sözlərinə görə, altı qramdan artıq maddə istehlak edilərsə, belə bir əlavə ölümlə nəticələnəcək. Umnov xatırladıb ki, kolbasalarda çoxlu duz var ki, bu da orqanizmdə suyu saxlayır və arterial hipertoniya riskini artırır.
"Kolbasa mədə-bağırsaq zədələnməsinə səbəb ola bilən, hətta kolon xərçəngi riskini artıra bilən yüksək səviyyədə omeqa-6 ehtiva edə bilər" , - ekspert əlavə edib.
Kolbasalarda yağlı ətin istifadəsi ilə əlaqədar orqan infarktı riski artır, həmçinin orqanların yağlı degenerasiyası və çəki artır. Həkim hinduşka kolbasasını yeməyi tövsiyə edib, çünki onun əti o qədər də yağlı deyil, bu da aterosklerozun inkişaf riskini və ya yağın zərərli komponentlərə parçalanmasını azaldır.
Oxu24.com
ŞƏRHLƏR