Qaynar xətt:

(+99450) 247 90 86

Bu məktəbin vəzifəli şəxslərinə cinayət işi açıldı

Bu məktəbin vəzifəli şəxslərinə cinayət işi açıldı

CƏMİYYƏT

349

07.11.2023, 18:45

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Təhsil müəssisəsində baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.

OXU24.COM İmişli Rayon Prokurorluğuna istinadən xəbər verir ki, Sarıxanlı kənd 1 saylı tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında araşdırma aparılıb.

Məktəbin vəzifəli şəxsləri tərəfindən xeyli miqdarda dövlət əmlakının mənimsənilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edilməklə vəzifə saxtakarlığı edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4, (qulluq mövqeyindən istifadə edilməklə, təkrar və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.