Qaynar xətt:

(+99450) 247 90 86

12 kəndin işğaldan azad edilməsindən üç il keçir - SİYAHI + FOTO

12 kəndin işğaldan azad edilməsindən üç il keçir - SİYAHI + FOTO

CƏMİYYƏT

362

28.10.2023, 09:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Azərbaycan ordusunun Zəngilan, Füzuli ,Cəbrayıl və Qubadlı istiqamətlərində qazandığı bir neçə uğurdan üç il keçir.

Oxu24.COM xatırladır ki, 2020-ci ilin oktyabrın 28-də Zəngilanın Birinci Ağalı, İkinci Ağalı və Zərnəli kəndləri işğaldan azad olunub.

Həmin tarixdə Füzuli istiqamətində daha bir kənd – Mandılı kəndi erməni işğalçılarından təmizlənib.

Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac kəndləri də eyni tarixdə işğaldan azad olunan kəndlər siyahısında yer alır.

Qubadlının isə 3 kəndində – Qiyaslı, Əbilcə və Qilicanda işğala son qoyulub.

Qeyd edək ki, qələbə xəbərlərini Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev “Twitter” ataraq xalqa çatdırıb.