Media və Yayım Şurasının rəhbərliyi, kollektivi şəhidləri anıb
27 Sentyabr 2026, 19:46
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
489
27.10.2023, 19:08
Deyirlər bütün xəstəliklərin kökü əsəbdən, sinirdəndir. Bir insan nə qədər uzun müddət gərgin, əsəbi, təşvişli dönəm keçirirsə, onun ürək, qan-damar, beyin və təzyiq xəstəlikləri bir o qədər erkən başlayıb xronikləşir.
Deyilənə görə, 3 ay əsəbi mühit kifayətdir ki, bir çox problemlər başlasın.
Milli.Az xəbər verir ki, bəzən nevroloqlar yanlış olaraq depressiya, nevroz, panik atakın insanı öldürmədiyini deyib, xəstələri axrayın edirlər. Bəli, panik atak, təşviş zamanı insanın ürəyi çırpınsa da, təzyiqi kəllə çarxa çıxsa da bu tutmalar onu həmin an öldürmür. Amma bu hallar təkrarlandıqca sonda ürək dözmür.
Bəs nə baş verir ki, əsəb, təşviş ürəyi sıradan çıxarır?
Stress zamanı yuxu pozulur, bu da beynin yüklənməsinə, damarlarının sıxılmasına, lazimi hormon olan melotoninin sintezinin azalmasına səbəb olur.
Yuxusu pis olan insan pessimist, yorğun olur, iş qabiliyyəti düşür
Stress və təşviş zamanı baş ağrıyır, tənəffüs pozulur, döş qəfəsində spazmlar olur, həzm orqanlarının işi pozulur.
Ürək nevrozu, mədə nevrozu, bağırsaq nevrozu - yəqin ki bunlar barədə eşitmisiz.
Stress hormonal fonu pozur, libidi aşağı salır.
Tədqiqatlar göstərib ki, ürəyin işemik xəstəliyi və infarktı olan xəstələrin 80%-də uzun müddətli depressiv vəziyyətlər, asteniya,panik ataklar olub.
Kəskin stress ürəyin ritmini pozur, aritmiya, stenokardiya başlayır.
Alimlər sübut edib ki, hətta ürəyi sağlam olan insan güclü stress, qorxu, itki keçirdikdən sonrakı 6 ayda ciddi ürək xəstəlikləri tutub.
Ən təhlükəlisi xroniki stresdir, yəni bitməyən stress. İnsan emosional durumuna nəzarəti bütünlüklə itirir, nevroz, əsəbi olması ilə barışır, bununla artıq mübarizə aparmır
Stress, panik atak zamanı qana adrenalin və kortizol çox miqdarda sıçrayır ki, nəticədə ən xırda damarlardan tutmuş venalara kimi spazm və sıxılma baş verir. Damarlar sıxıldıqca qan keçiriciliyi azalır, pozulur, daralma və ya ateroskleroz baş verir.
Zamanla stress bütün qan dövranını yükləyir, ürəyə, beyinə, böyrəklərə normal qan axını baş vermir, gah artan, gah azalan təzyiq də damarlara düşən yükü artırır. Bununla da qan damarlarına bağlı beyin və ürək kimi orqanlar daim gərgin rejimdə çalışır və oksigensizlikdən əziyyət çəkir.
Qan dövranı normal olmayan ürək əzələsi də getdikcə qüvvədən düşür.
Ona görə də əsəbi insanların daha çox infarkt və insult olma riski yüksəlir
Əgər sizin ürək sarıdan problemləriniz varsa, çox güman ki, əsəbləriniz də sakit deyil.
Nə etməli: stress faktorundan uzaqlaşmalı, bol səyahət etməli, mütləq ildə 2 ay tətilə çıxmalı, mütləq həmişə sakitləşdiricilər içməli, əgər nevroz, panik atak və qorxularla baş edə bilmirsizsə, nevroloq, psixoloq, psixiatr yardımından istifadə etməlisiz.
19:46 / 27 Sentyabr 2026
27
19:40 / 27 Sentyabr 2026
83
19:37 / 27 Sentyabr 2026
31
19:36 / 27 Sentyabr 2026
36
19:05 / 27 Sentyabr 2026
42
18:44 / 27 Sentyabr 2026
55
18:25 / 27 Sentyabr 2026
56
17:14 / 27 Sentyabr 2026
64
17:08 / 27 Sentyabr 2026
63
16:51 / 27 Sentyabr 2026
67
16:45 / 27 Sentyabr 2026
63
16:39 / 27 Sentyabr 2026
129
16:36 / 27 Sentyabr 2026
82
16:27 / 27 Sentyabr 2026
71
16:14 / 27 Sentyabr 2026
71
15:59 / 27 Sentyabr 2026
74
15:48 / 27 Sentyabr 2026
80
15:42 / 27 Sentyabr 2026
775
15:30 / 27 Sentyabr 2026
66
15:15 / 27 Sentyabr 2026
72
15:05 / 27 Sentyabr 2026
69
14:53 / 27 Sentyabr 2026
71
14:50 / 27 Sentyabr 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.