Qaynar xətt:

(+99450) 247 90 86

“Get, kimə şikayət edirsən, et” deyən “BakuBus” sürücüsü işdən çıxarıldı - FOTO

“Get, kimə şikayət edirsən, et” deyən “BakuBus” sürücüsü işdən çıxarıldı - FOTO

CƏMİYYƏT

354

26.10.2023, 15:20

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sosial şəbəkələrdə "BakuBus" sürücüsü və sərnişin arasında baş verən mübahisənin görüntüləri yayılıb. Belə ki, 32 nömrəli marşrut xəttində baş verən dava zamanı sürücü nalayiq ifadələr işlədib. O, avtobusu saxlayıb və sürməyəcəyini bildirib.

"Get, kimə şikayət edirsən, et" deyən sürücünün hərəkəti gedəcəyi ünvana gecikən sərnişinlərin narazılığına səbəb olub.

Məsələ barədə "BakuBus" MMC açıqlama verib.

OXU24.COM  oxu.az-a istinadən xəbər verir ki, qurumun istismarında olan 32 nömrəli marşrut xəttinin sürücüsü ilə bağlı yayılan videogörüntülər hərtərəfli araşdırılıb:

"Sürücünün davranışının qaydalar çərçivəsində olmadığı öz təsdiqini tapdı. Sürücü əmək qanunvericiliyinə əsəsən işdən azad edilib.

Bu kimi halların qarşısını almaq üçün sərnişinlərlə əlaqə imkanlarımızı genişləndirmişik ki, anında reaksiyaları ala bilək. Xidmət keyfiyyətinin daha da yüksək səviyyəyə çatdırılması baxımından keyfiyyətə nəzarət mütəxəssisləri gündəlik əsasda bilavasitə xidmət zamanı keyfiyyətin monitorinqini həyata keçirir və sərnişinlərin yanında olaraq rəyini öyrənirlər".

Milli.Az

Məqaləyə dair fotomateriallar: