Penitensiar xidmətdə ilk dəfə məhkumlara məzuniyyət verilib.
OXU24.COM Xəzər TV-yə istinadən bildirir ki, bir neçə günlük məzuniyyətə buraxılan məhbuslar, müddət bitdikdən sonra cəzaçəkmə müəssisəsinə geri dönüblər. Məlumatı Penitensiar Xidmət də təsdiq edib.
Hüquq müdafiəçisi, Ədliyyə Nazirliyi yanında ictimai şuranın üzvü Əliməmməd Nuriyev deyir ki, indiyə qədər məhkumlara yaxın qohumlarının ölümü və ya ağır xəstəliyi ilə əlaqədar həmçinin məhkumların ailəsinə fövqəladə hadisə nəticəsində əhəmiyyətli maddi zərər vurulduqda onların 7 gün müddətinə həbsxanadan çıxmasına icazə verilirdi, lakin məzuniyyət praktikası heç vaxt olmayıb.
Bəs məzuniyyət hüququndan hansı məhkumlar istifadə edə bilər?
Hüquq müdafiəçisi hesab edir ki, bu qanunun tətbiqi məhkumların islah olunmasına böyük təsir göstərəcək. Qeyd edək ki, məhkumlar məzuniyyət hüququndan ildə sadəcə 1 dəfə istifadə edə bilər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
ŞƏRHLƏR