Bu halda işə getməsəniz də iş yeriniz saxlanacaq — MÜHÜM AÇIQLAMA
27 Sentyabr 2026, 21:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
273
24.10.2023, 10:41
Kapital Bank-ın dəstəyi ilə keçirilən “Heydər Əliyev: 100 Mühəndislik hakatonu”nun qalibləri bəlli oldu
Xəbər verdiyimiz kimi ölkənin birinci bankı Kapital Bank-ın baş sponsorluğu ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş Mühəndislik hakatonu keçirilib. Ölkənin 21 ali təhsil müəssisəsinin tələbələri arasında baş tutan yarışmada 30 komanda 3 mövzu “Ekologiya və ətraf mühit”, “Nəqliyyat və logistika”, “Texnologiya və innovasiya” istiqamətləri üzrə verilən tapşırıqlara maraqlı həllər təklif ediblər.
Yeni Azərbaycan Partiyası və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan-Fransız Universitetində baş tutan intellektual yarışın qalibləri bəlli olub. Qaliblər Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Keçmişə ehtiram, gələcəyə inamla: Heydər Əliyev irsindən bəhrələnən müasir Azərbaycan gəncliyi” mövzusunda keçirilən tədbirdə elan olunub.
Nəqliyyat və logistika istiqaməti üzrə “Azərbaycan Dövlət Neft və Sənaye Universiteti-2”, Ekologiya və ətraf mühit istiqaməti üzrə “Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - 3”, İnnovasiya və texnologiya istiqaməti üzrə “Bakı Ali Neft Məktəbi -1” komandaları mükafatlandırılıb. Qalib komandalara Kapital Bank tərəfindən təyin olunan 2500 AZN dəyərində mükafatı bankın Data menecment idarəsinin Data texnologiyaları ekspert mərkəzinin lideri Tural Həmzəyev təqdim edib.
Bundan başqa layihənin təşkilində dəstəyinə görə Kapital Bank təşəkkürnamə ilə təltif edilib. Təşəkkürnaməni İstedadların idarə edilməsi departamentinin lideri Aygün Musayevaya Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əskərov təqdim edib.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc.
21:30 / 27 Sentyabr 2026
4
21:12 / 27 Sentyabr 2026
37
21:06 / 27 Sentyabr 2026
31
21:00 / 27 Sentyabr 2026
100
20:59 / 27 Sentyabr 2026
46
20:47 / 27 Sentyabr 2026
131
20:38 / 27 Sentyabr 2026
58
20:30 / 27 Sentyabr 2026
52
20:06 / 27 Sentyabr 2026
217
19:57 / 27 Sentyabr 2026
52
19:46 / 27 Sentyabr 2026
117
19:40 / 27 Sentyabr 2026
324
19:37 / 27 Sentyabr 2026
59
19:36 / 27 Sentyabr 2026
61
19:05 / 27 Sentyabr 2026
53
18:44 / 27 Sentyabr 2026
68
18:25 / 27 Sentyabr 2026
69
17:14 / 27 Sentyabr 2026
68
17:08 / 27 Sentyabr 2026
66
16:51 / 27 Sentyabr 2026
72
16:45 / 27 Sentyabr 2026
70
16:39 / 27 Sentyabr 2026
144
16:36 / 27 Sentyabr 2026
94
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.