Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda gənclərin 10 faizi işsizdir

Azərbaycanda gənclərin 10 faizi işsizdir

CƏMİYYƏT

417

25.10.2023, 18:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan əhalisinin gənc hissəsi arasında işsizlik səviyyəsi 10 faizdir. 


OXU24.COM  xəbər verir ki, 2022-ci ildə 1,35 milyon gəncin 132 mini işsizdir. 


Azərbaycanda ümumi işsizlik səviyyəsi 5,6 faizdir. Yəni, 5,14 milyon nəfərlik əmək qabiliyyətli əhalinin 293 mini işsizdir. 


Gənclər arasında işsizlik səviyyəsi 15-19 yaş və 20-24 yaşlarında daha yüksəkdir. Yaşları 15-19 olanların 13,6 faizi, yaşları 20-24 olanların isə 13,5 faizi işsizdir. 
Yaşı 25-29 olanların isə 6,9 faizi işsiz olub. 


Qeyd edək ki, bütün ölkələrdə işsizlik göstəricisi gənclər arasında digər yaş qruplarına görə yüksək olur. Bunun əsas səbəbi gənclərin iş təcrübəsinin az olmasıdır.