Azərbaycanın paytaxtı DƏYİŞDİRİLİR?
18 May 2026, 02:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
351
23.10.2023, 15:36
Oktyabr ayının 22-də saat 00:10-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonu Ostayır kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən İrandan Azərbaycan istiqamətində 2 nəfər naməlum şəxsin dövlət sərhədindən külli miqdarda narkotik vasitə keçirməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən xəbərə görə, sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucuları odlu silahdan atəş açaraq sərhədçilərin həyatı üçün təhlükə yaradıb və təqibdən yayınmağa cəhd ediblər.
Sərhəd naryadı sərhəd pozucularını zərərsizləşdirmək üçün əlbəyaxa döyüşə girib peşəkarlıq nümayiş etdirərək sərhəd pozucularını tərksilah etməyə nail olub.
Araşdırma zamanı saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları – 1986-cı il təvəllüdlü Parsabad rayon sakini İbrahimzadə Canəli Səmiulla oğlu və 2003-cü il təvəllüdlü Gərmi rayon sakini Siyamək Fərzi Əzim oğlu olduğu müəyyən edilib, üzərlərinə baxış zamanı ümumi çəkisi 9 kiloqram 55 qram narkotik maddə (5 kq 435 qram heroin, 3 kq 620 qram metamfetamin), 1 ədəd gecəgörmə cihazı və “BERETTA” markalı tapança (10 ədəd patronu ilə birlikdə) aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
02:40 / 18 May 2026
31
02:18 / 18 May 2026
80
02:05 / 18 May 2026
111
01:43 / 18 May 2026
98
01:36 / 18 May 2026
209
01:33 / 18 May 2026
57
01:19 / 18 May 2026
121
01:17 / 18 May 2026
58
01:14 / 18 May 2026
58
19:32 / 17 May 2026
102
19:27 / 17 May 2026
129
19:12 / 17 May 2026
1965
19:02 / 17 May 2026
100
19:00 / 17 May 2026
97
18:43 / 17 May 2026
519
18:41 / 17 May 2026
95
18:39 / 17 May 2026
93
18:37 / 17 May 2026
94
18:35 / 17 May 2026
113
17:32 / 17 May 2026
234
17:28 / 17 May 2026
100
17:27 / 17 May 2026
99
17:25 / 17 May 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.