Azərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK
27 Sentyabr 2026, 21:49
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
440
23.10.2023, 11:39
Vətən müharibəsi iştirakçıları Dövlət Xidmətində həqiqi hərbi xidmətə qəbul olunub
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 44 günlük Vətən müharibəsində iştirak etmiş daha 8 nəfər veteranı həqiqi hərbi xidmətə qəbul edib.
Xidmətə qəbul olunan zaman namizədlərin bilik və fiziki hazırlıq səviyyələri yoxlanılıb.
Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov yeni həqiqi hərbi xidmətə qəbul olunan hərbi qulluqçularla görüşərək, onlara xidməti vəsiqələrini təqdim edib, tapşırıq və tövsiyələrini verib.
8 nəfərdən 4 nəfər leytenant rütbəsi ilə xidmətə qəbul edilib. Xidmətə qəbul olunan mülki şəxslərdən 4 nəfərə isə leytenant ilk hərbi rütbəsi verilib.
“Bu ilin avqust ayında biz 9 nəfər veteranı işə qəbul etmişik. Çox sevindirici haldır ki, İkinci Qarabağ Müharibəsinin iştirakçıları xidməti davam etmək üçün bizim qurumu seçib. Məhz bu qəhrəmanların şücaəti nəticəsində bu gün Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunub. Artıq Xankəndi, Xocavənd, Xocalı, Əsgəran Ağdərə və Sərsəng su anbarının ərazisində də Azərbaycan bayrağı dalğalanır. Həqiqi hərbi xidmətə qəbul olunanlara uğurlar diləyirəm, çətin və şərəfli işlərində müvəffəqiyyətlər arzulayıram”, - deyə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov bildirib.
Qeyd edək ki, hərbi xidmətə qəbul olunan veteranlar müharibədə iştirak etdiklərinə görə Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin müvafiq sərəncamları ilə müxtəlif medallarla təltif olunublar.


21:49 / 27 Sentyabr 2026
5
21:30 / 27 Sentyabr 2026
80
21:29 / 27 Sentyabr 2026
31
21:12 / 27 Sentyabr 2026
56
21:06 / 27 Sentyabr 2026
46
21:00 / 27 Sentyabr 2026
120
20:59 / 27 Sentyabr 2026
51
20:47 / 27 Sentyabr 2026
168
20:38 / 27 Sentyabr 2026
62
20:30 / 27 Sentyabr 2026
53
20:06 / 27 Sentyabr 2026
241
19:57 / 27 Sentyabr 2026
55
19:46 / 27 Sentyabr 2026
123
19:40 / 27 Sentyabr 2026
354
19:37 / 27 Sentyabr 2026
60
19:36 / 27 Sentyabr 2026
63
19:05 / 27 Sentyabr 2026
56
18:44 / 27 Sentyabr 2026
69
18:25 / 27 Sentyabr 2026
72
17:14 / 27 Sentyabr 2026
68
17:08 / 27 Sentyabr 2026
66
16:51 / 27 Sentyabr 2026
72
16:45 / 27 Sentyabr 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.