Ağır qəza: Yaralılar var
27 Sentyabr 2026, 23:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
388
19.10.2023, 10:48
Qırmızı Ürəklər könüllüləri heyvan sığınacağına yardım etdi
Qırmızı Ürəklər Fondunun könüllüləri “Pəncəli Ürəklər” aksiyası çərçivəsində “Good World Animal Rescue and Protection” (GWARP) heyvan sığınacağını ziyarət edərək qida yardımı ediblər.
Qırmızı Ürəklər Fondu fəaliyyətdə olduğu 3-il ərzində heyvanların müdafiəsi istiqamətində bir çox sosial məsuliyyət layihələri həyata keçirərək cəmiyyətdə evsiz heyvanlara dəstək mövzusunda fərqindəlik yaratmağa çalışır. Belə ki, fondun məktəbli heyvansevər könüllüləri 6 saylı məktəb-liseyin şagirdləri Ayla Ağayeva, Xədicə Əliyeva “Landau məktəbi”nin şagirdi Sima Hüseynzadə, “Azerbaijan British College”in şagirdi Məryəm Hüseynzadə, Xəzər Universiteti Dünya Məktəbinin şagirdləri Said Aslanov və Cavad Aslanov məktəblərdə yarmarkalar təşkil edərək bu aksiya üçün ianə toplayıblar. Toplanan məbləğ ilə heyvan sığınacağına qida üyüdən aparat ianə edilib. Həmçinin bu layihə çərçivəsində müxtəlif restoran və otellərlə danışıqlar aparılıb ki, artıq qalan uyğun qida tullantıları toplanaraq heyvan sığınacağına göndərilsin.
Sevindirici haldır ki, layihənin təşəbbüskarları 12-16 yaşlı məktəbli könüllülərdir. Onlar Fondun layihələrindən ilhamlanaraq təbiətin, canlıların qayğısına qalmaq və bu mövzuda töhfə vermək üçün müraciət ediblər.
Qeyd edək ki, “Qırmızı Ürəklər” Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. //redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.
23:06 / 27 Sentyabr 2026
7
23:02 / 27 Sentyabr 2026
20
22:58 / 27 Sentyabr 2026
21
22:55 / 27 Sentyabr 2026
25
22:37 / 27 Sentyabr 2026
348
22:03 / 27 Sentyabr 2026
59
21:49 / 27 Sentyabr 2026
322
21:30 / 27 Sentyabr 2026
182
21:29 / 27 Sentyabr 2026
55
21:12 / 27 Sentyabr 2026
88
21:06 / 27 Sentyabr 2026
54
21:00 / 27 Sentyabr 2026
142
20:59 / 27 Sentyabr 2026
64
20:47 / 27 Sentyabr 2026
206
20:38 / 27 Sentyabr 2026
72
20:30 / 27 Sentyabr 2026
58
20:06 / 27 Sentyabr 2026
287
19:57 / 27 Sentyabr 2026
61
19:46 / 27 Sentyabr 2026
134
19:40 / 27 Sentyabr 2026
433
19:37 / 27 Sentyabr 2026
66
19:36 / 27 Sentyabr 2026
70
19:05 / 27 Sentyabr 2026
59
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.