Bakı-Sumqayıt yolu ilə gedənlərə VACİB XƏBƏR
27 Sentyabr 2026, 23:02
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
397
20.10.2023, 13:23
Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan xalqları dəstəkləyir.
OXU24.COM AZƏRTAC-a istinadən bildirir ki, bu fikirlər Prezident İlham Əliyevin Bakıda keçirilən "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində qeyd olunub.
"Sizin 2023-cü ilin 6 iyulunda Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Bakıda keçirilən Nazirlər Toplantısı zamanı, daha sonra 22 sentyabrda Nyu Yorkda BMT Baş Assambleyasının qərargahında, bu gün isə yenidən Bakıda bəşəriyyət üçün xüsusi aktuallıq kəsb edən kolonializm, onun fəsadları və neokolonializmlə mübarizəyə həsr olunmuş tədbirdə iştirakınız Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi bu məsələyə göstərdiyi dəstəyinin əyani göstəricisidir.
Neokolonializmlə mübarizə mövzusunun bütün mümkün platformalar vasitəsilə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması olduqca vacibdir. Bu xüsusda, BMT Baş Assambleyasının 4-cü Komitəsinin (siyasi və dekolonizasiya məsələləri) fəaliyyəti daha da canlandırılmalıdır", - deyə müraciətdə vurğulanıb.
Bakıda keçirilmiş konfransın kolonializm, onun fəsadları və neokoloniazlimlə mübarizə ilə bağlı qlobal gündəlikdə dayanan çağırışların və imkanların müzakirəsi üçün əlverişli fürsət olduğunun qeyd edildiyi müraciətdə bildirilib: "İnanıram ki, konfrans çərçivəsində aparılacaq müzakirələr kolonializmə qarşı mübarizə sahəsində birgə səylərin səfərbər olunmasına, bəşəriyyətin rifahı və gələcək nəsillərə "kolonializmdən azad dünya" miras qoymaq məqsədilə yeni ideya və təşəbbüslərin irəli sürülməsinə töhfə verəcəkdir".
23:02 / 27 Sentyabr 2026
1
22:58 / 27 Sentyabr 2026
15
22:55 / 27 Sentyabr 2026
21
22:37 / 27 Sentyabr 2026
287
22:03 / 27 Sentyabr 2026
56
21:49 / 27 Sentyabr 2026
301
21:30 / 27 Sentyabr 2026
177
21:29 / 27 Sentyabr 2026
54
21:12 / 27 Sentyabr 2026
85
21:06 / 27 Sentyabr 2026
54
21:00 / 27 Sentyabr 2026
141
20:59 / 27 Sentyabr 2026
64
20:47 / 27 Sentyabr 2026
202
20:38 / 27 Sentyabr 2026
71
20:30 / 27 Sentyabr 2026
58
20:06 / 27 Sentyabr 2026
281
19:57 / 27 Sentyabr 2026
61
19:46 / 27 Sentyabr 2026
134
19:40 / 27 Sentyabr 2026
426
19:37 / 27 Sentyabr 2026
66
19:36 / 27 Sentyabr 2026
70
19:05 / 27 Sentyabr 2026
59
18:44 / 27 Sentyabr 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.