Avtomobillər toqquşub, 9 nəfər ağır xəsarət alıb
28 Sentyabr 2026, 00:12
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
518
14.10.2023, 19:10
"Son vaxtlar istehlakçılara dana əti adı ilə müxtəlif heyvanların ətləri təqdim olunur. Heyvanlar haqqında az məlumatlı insanlar çox zaman onlara təqdim edilən əti tanımaqda çətinlik çəkirlər. Bəzənsə heç ayırd edə bilmirlər. Beləcə, istehlakçılar həm qiymətdə, həm də keyfiyyətdə aldadılırlar".
Bunu Bizim.Media-ya açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib.
O bildirib ki, ölkəmizdə belə hallar mövcuddur:
"Məsələn çox zaman qəssablar alıcıya dana əti əvəzinə camış əti təklif edirlər. Əslində, cavan camış əti dana ətindən daha üstündür. Çünki camış xəstəliklərə daha davamlıdır. Amma nədənsə camış əti bizdə çox az hallarda istehlak edilir.
Əvəzində bəzi işbazlar camış ətini cavan dana əti adı ilə təqdim edirlər. Camış ətini dana ətindən fərqləndirməksə çox çətindir. Camış ətinin piyləri dana ətindəki piylər kimi ağ olur. Camış əti həm də az yağlı olur, gözə daha xoş görünür. Ona görə də bəzi qəssablar istehlakçıları çox asanlıqla aldada bilirlər".
Eyyub Hüseynov camış və dana ətlərini ayırd etməyin yolunu da açıqlayıb:
"Camışın qabırğaları nisbətən qalın, piyi ağappaq olur. Camış ətini bişirən zaman daha tez ayırd etmək olur. Belə ki, camış əti daha gec bişir, onu bəzən uzun müddət qaynatmaq lazım gəlir".
00:12 / 28 Sentyabr 2026
1
00:09 / 28 Sentyabr 2026
16
23:44 / 27 Sentyabr 2026
722
23:31 / 27 Sentyabr 2026
49
23:24 / 27 Sentyabr 2026
49
23:06 / 27 Sentyabr 2026
53
23:02 / 27 Sentyabr 2026
210
22:58 / 27 Sentyabr 2026
55
22:55 / 27 Sentyabr 2026
53
22:37 / 27 Sentyabr 2026
586
22:03 / 27 Sentyabr 2026
67
21:49 / 27 Sentyabr 2026
427
21:30 / 27 Sentyabr 2026
215
21:29 / 27 Sentyabr 2026
61
21:12 / 27 Sentyabr 2026
119
21:06 / 27 Sentyabr 2026
61
21:00 / 27 Sentyabr 2026
147
20:59 / 27 Sentyabr 2026
71
20:47 / 27 Sentyabr 2026
229
20:38 / 27 Sentyabr 2026
81
20:30 / 27 Sentyabr 2026
61
20:06 / 27 Sentyabr 2026
315
19:57 / 27 Sentyabr 2026
63
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.