Qaynar xətt:

(+99450) 247 90 86

Bağçalara tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Bağçalara tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

CƏMİYYƏT

374

04.10.2023, 14:09

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sabahdan məktəbəqədər təhsil müəssisələrinə (bağça) tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılır.

OXU24.COM  xəbər verir ki, elektron sənəd qəbulu mərhələsi 5-12 oktyabr tarixlərini əhatə edəcək.

Müsabiqədə iştirak etmək istəyən namizədlər 5 oktyabr saat 11:00-dan 12 oktyabr saat 11:00-dək www.miq.edu.az linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqə ötən il ilk dəfə mərkəzləşdirilmiş qaydada həyata keçirilib. Cari tarixədək müsabiqə nəticələrinə əsasən 244 namizəd işlə təmin olunub. Hazırda məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsi üzrə 91 vakant yer mövcuddur.

 

Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini məktəbəqədər təhsil üzrə bitirmiş şəxslər iştirak edə bilərlər.