Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda bu televiziyanın kollektivi İSTEFA VERDİ

2018-12/1544885310_1086947.jpg

CƏMİYYƏT

607

15.12.2018, 18:47

\"\" CVN internet televiziyasının 8 əməkdaşı işdən ayrılıb.
Oxu24.com Publika.az-a istinadən xəbər verir ki, bu sözləri televiziyasının əməkdaşı Günel Xəzəl sosial şəbəkə hesabında paylaşıb. O bildirib ki, baş prodüserin əməkdaşlarla qeyri-insani rəftarı onları cana doydurub: \"Dünən CVN (Cavan) televiziyasının mən də daxil olmaqla, 8 əməkdaşı efiri yarımçıq qoyaraq, işi tərk etdik. Buna səbəb baş prodüser Ülvira Qarayevanın işçilərlə qeyri-insani rəftarı, təhqir və şəxsiyyəti alçaltması olub\". Kanalın əməkdaşı bildirib ki, oxşar səbəblərə görə bundan əvvəl də bir neçə tanınmış jurnalist işini tərk edib.