Binəqədidən Sumqayıta hərəkət edən 585 saylı avtobus xəttinin sürücüsünün sükan arxasında çay içməsi müzakirələrə səbəb olub.
Femida.az xəbər verir ki, sözügedən görüntülər sosial şəbəkələrdə yayılar-yayılmaz böyük əsk-səda yaradıb.
Yayılan videodan da göründüyü kimi, avtobus sürücüsü salondakı sərnişinlərin həyatını təhlükəyə atıb. Onun bu hərəkətini sosial şəbəkə istifadəçiləri kəskin şəkildə qınayıblar.
Görüntülər yayıldıqdan sonra həmin sürücü işindən kənarlaşdırılıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimai Əlaqələr şöbəsinin rəhbəri Nuridə Allahyarova açıqlamasında bildirib ki, sürücünün günahı təsdiq olunub və o, işdən azad edilib:
"Sürücü şəxsi maşınında su içə bilər. Qanunvericilikdə nəzrərdə tutulmasa da, qurum tərəfindən və daşıyıcı şirkət tərəfindən sərnişin təhlükəsizliyi üçün daxili intizam qaydaları var. Şəxs ictimai nəqliyyatda sürücü işləyirsə, həmin sürücü qidanı və çayı xüsusi məntəqələrdə qəbul edə bilər. İşdən azad edilməsinə səbəb açıq qapı ilə idarə etməsini etirafı olub". BAKU.WS
Oxu24.com
ŞƏRHLƏR